"Azərbaycanda ali məktəblərdə, digər elmi müəssisələrində elmi işlərlə bağlı müəyyən "maxinasiy"alar var. Hətta məmurların, millət vəkillərinin dissertasiya işləri özləri tərəfindən yazılmayıb".
Bunu faktmedia.az-a təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, müdafiə şuraları məmur şəxslərin elmi işlərindəki problemlərə göz yumur:
"Təəssüf ki, bu belədir. Elmi işlərin yerinə yetirilməsi üçün ardıcıl mexanizmlər var. Amma qayda yoxdur bir elm iş bir, ya iki ilə bitə bilər və ya bitməyə bilər. Mövcud qanunvericiliyin tələbinə görə doktorantura üzrə 3 il vaxt verilir. Bu müddətdə yazıb təhvil verməlisiniz. Ola bilsin ki, Seymur Talıbovun daha çox bacarığı var və o bir ilə bu qədər məqalə yazıb. Burada qanunvericiliyin tələbini pozma yoxdur. Plagiat və müəlliflik hüququ gözlənilməlidir. Vaxt tələbi texniki olaraq mümkün deyil. Bu bir az da yaradıcıllıq məsələsidir. Maddi durum və vaxt əsas şərtdir. Elmi tədqiqat işlərin aparılmaması ilə bağlı vaxt məhdudiyyəti qoyulmur. Vəzifəli şəxslərin elmi işlərində yeniliklər olmur, müdafiə şuraları isə göz yumur".
Qeyd edək ki, mətbuatda tez-tez millət vəkillərinin, nazirlərin elmi dərəcələrinin də saxta yolla alınması faktı ortaya çıxır. Yaxın günlərdə də Vasif Talıbovun oğlunun bir ildə 14 elmi məqalə yazması, bir elmi iş müdafiə etməsi müzakirə obyektinə çevrilib.
Sevinc Hüseynova