Vasif Talıbovun oğlu Seymur Talıbov hüquq üzrə fəlsəfə doktoru, dosentdir. O, 15 yaşında ali məktəbə qəbul olub. 2012-2013-cü illər arası 14 "məqaləsi" çap edilib. İlə 7 məqalə yazıb və hamısı da çox nüfuzlu jurnallarda dərc edilib. Maraqlıdır, 15 yaşında nüfuzlu universitetə qəbul olmaq olarmı?
Mövzu ilə bağlı Faktmedia.az-a danışan təhsil ekspert Elçin Əfəndi bunları deyib:
"Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda 15 yaşlı şəxs iştirak edə bilər. Ola bilsin ki, şəxs 5 yaşından məktəbə başlayım, həmin şagird məktəbi bitirdikdə qəbul imtahanında iştirak edə bilər. Təbii ki, burada 11 illik tədrisi başa vurmaq üzrə sənədi varsa imtahanda iştirak edir. Bəzən 7 yaşdan gedib, amma çox istedadlı olub o halda sinifdən sinfə keçə bilir. Bu da qanunla tənzimlənir".
Qeyd edək ki, Seymur Talıbov 2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim işləyib. 2012-ci ildən Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq üzrə qiyabi doktorant olub. 2017-ci ildən isə NDU-nun dosenti olub.
Seymur Talıbov2015-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub.
Zeynəb Müzəffərli