Naxçıvanın "Xanı" - Vasif Talıbov vəzifədə olarkən bir sıra tanınmış şəxslər azad fikirlərinə görə işindən uzaqlaşdırılmışdı. Bunlar arasında aktyorlar, həkimlər, müəllimlər, jurnalistlər də var idi. Elə tanınmış aktyor, Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy da Vasif Talıbovun didərgin saldığı adamlardan idi.
Faktmedia.az aktyorla əlaqə saxlayıb. Xalq artisti bildirib ki, yavaş-yavaş Naxçıvanda vəziyyət düzəlir:
"Vasif Talıbovun yoxluğu Naxçıvan üçün yaxşı olacaq. Mən işimə bərpa olunmuşam. Keçən il noyabr ayının 11-dən teatrdayam. Vasif Talıbov hələ vəzifəsindən azad olunmamışdan qabaq işimə bərpa olundum".
Qeyd edək ki, Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev mediaya açıqlamasında bildirib ki, uzun müddətdir problemlərlə baş-başa qalıblar. Dəfələrlə aidiyyəti qurumlara üz tutsalar da, onları dinləyən olmayıb. Əksinə onların hər işinə qarışılıb, hətta Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olduğu ərəfədə teatrın repertuarını seçmək hüquqları belə olmayıb.
Rza Xudiyevin sözlərinə görə, teatrın ən böyük problemlərindən biri də kadr çatışmazlığıdır.
Zeynəb Müzəffərli