Tez-tez orta məktəb dərsliklərində, ali məktəbə hazırlıq vəsaitlərində orfoqrafik səhvlər aşkarlanır. Nəzərə alsaq ki, bu dərslikləri Elm və Təhsil Nazirliyi hazırlayır və təsdiqləyir, o zaman xətalara yol verilməməlidir. Təəssüf ki, dərs vəsaitlərində səhvlərin olması adi hala çevrilib.
Faktmedia.az xəbər verir ki, bu dəfə orta məktəblər üçün nəzərdə tutulan 7-ci sinif Azərbaycan dili dərsliyində də orfoqrafik səhvlərə yol verilib.
Belə ki, dərsliyin səhifələrindən birində burada sözü "burda" kimi qeyd edilib.
Düzdür xəbər portallarında bu kimi yazılış qaydalarına rast gəlsək də, bu, orfoqrafiq səhv kimi başa düşülməlidir.
Xatırladaq ki, bundan əvvəl də tarix və ibtidai sinifləri üçün olan dərsliklərdə də səhvlərə yol verilmişdi.
Bəsdi Məmməd