Bu gün küçədə, şəhərin müxtəlif yerlərində, reklam banerlərində, hətta, yol nişanlarında belə sözlərin səhv yazıldığını, Azərbaycan dilinin qaydalarının pozulduğunun şahidi oluruq. Təəssüf ki, dilimizin yazı qaydalarının pozulması pis effekt verir və insanlar o yazılış qaydasını da yadlarında saxlayırlar.
Mövzu ilə bağlı Faktmedia.az-a danışan "Grammar Azi" səhifəsinin yaradıcısı Murad Hüseynov deyib ki, əksər hallarda sifarişçilər yazı səhvlərinin reklam şirkəti tərəfindən buraxıldığını bildirirlər:
"Amma bu da sifarişçini məsuliyyətdən azad etmir, çünki ödəniş müqabilində əldə etdiyi xidmətin keyfiyyətini yoxlamır. Beləliklə, bu cür səhvlər ictimaiyyətin gözü qarşısında qalır".
Rəna Həsənova