Azərbaycanda media sahəsində yeniliklər, yeni formalar yaradılır. Həmçinin onlayn media isə genişlənməkdədir. Saytlar kifayət qədər çoxdur. MEDİA Agentliyi daha bir şəffaf sistem yaradıb. Bu da media reyestridir. Bundan əlavə Azərbaycanda Mətbuat Şurası fəaliyyət göstərir. Maraqlıdır, MŞ media subyektlərini monitorinq edirmi?
Bu barədə Faktmedia.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məcid bildirib ki, Şura hansısa media orqanları üzərində monitorinqlər aparmır:
"Media orqanları, media subyektləri ilə bağlı Mətbuat Şurasına şikayətlər daxil olarkən, bu şikayətlərlə bağlı araşdırmalar şikayətlər üzrə komissiya tərəfindən həyata keçirilir. Komissiya şikayətlərlə bağlı hər iki tərəfi dinləməklə qərar çıxarır. Şikayətlər şurasının sədri Mətbuat Şurasının sədr müavini, jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğludur. Mətbuat Şurasının etika komissiyası da var. Həmin komissiyanın rəhbəri isə Qulu Məhərrəmlidir. Mediada etik davranış qaydalarının pozulması zamanı etika komissiyası öz münasibətini bildirir. Bir sıra hallarda isə Mətbuat Şurasının İdarə Heyəti tərəfindən hansısa etik davranış qaydalarının pozulması hallarına münasibət bildirilir".
R. Məcid əlavə edib ki, son vaxtlar Mətbuat Şurası media fəallarına müraciət edib, etik davranış qaydalarının pozulmamasına çağırıb:
"Media agentlikləri ilə memorandum imzalanıb. Qarşılıqlı münasibətlər əsasında mediaya gələn şikayətləri də düşünürük ki, Mətbuat Şurası tərəfindən baxılması məsələsi həll olunacaq".
Rəna Həsənova