"Media Reyestrinə müraciət edənlərə köməklik göstərilir".
Faktmedia.az-a Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib.
O bildirib ki, saytlar müraciət etdikdən sonra araşdırılır. Əgər çatışmazlıqlar varsa bildirilir, köməklik göstərilir. Heç bir media ilə agentlik arasında sərhəd yoxdur, subyektlərin müraciəti hələ də davam edir.
Qeyd edək ki, indiyədək Media Reyestrinə 181 media subyekti daxil edilib, həmçinin, jurnalistlərdən 190-a yaxın jurnalistin adı reyestrə daxil edilib.
Bəsti Məmməd