"İndi Media Reyestrinə qarşı çıxanlar son 30 il müddətində Azərbaycanda media mühitinin saflaşdırılması, KİV-dən sui-istifadə hallarının qarşısının alınması yonündə heç bir təklif verməyiblər".
Faktmedia.az xəbər verir ki, bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
"Bilməzlikdən deyil, sadəcə ortamın xaotik olması onlar üçün əlverişlidir. Əvvəllər KİV adına ölkədə 6 min qurum qeydiyyatdan keçmişdi. Real fəaliyyət göstərənlərin, ölkənin informasiya yükünü çəkənlərin sayı isə bunun heç 10 faizi qədər də deyildi. Qalan 90 faiz nə işlə məşğul idi? Sual əslində ritorikdir. Onların nə işlə məşğul olduqlarını hamımız bilirik. İndi media reyestrinə qarşı çıxanlar isə daha yaxşı bilirlər. Bildikləri üçün də indi səliqə-səhman yaradılmasına qarşıdırlar. "Bulanıq suda balıq tutmaq" erasının başa çatması bu zümrənin manevr imkanlarını daraldır. İmkanları daraldıqca, çapalar da çoxalır", - deyə o, əlavə edib.