"Məktəbli uşaqların kütləvi şəkildə “TikTok” aludəçisi olması yaxşı hal deyil. Bu gün şagirdlər dərsliklərə bağlanmalıdırlar, daha maraqlı məlumatlar olan portallardan, saytlardan biliklər əldə etməlidilər”.
Bu fikirləri Faktmedia.az-a millət vəkili Etibar Əliyev deyib.
Deputat bildirib ki, “TikTok” istifadəçilərinin sayının artması narahatverici haldır:
“Hǝsab edirəm ki, burada müəllimlərin də, valideynlərin də üzərinə çox böyük məsuliyyət düşür. Bu məsuliyyəti yetərincə daşıya bilmirlər. Bu platformanın zərəri barədə mütləq yuxarı sinif şagirdlərinə izahatlar verilməlidir. Bununla bağlı videoçarxlar hazırlanmalıdır. Biz gələcək üçün çox ciddi bir gənclik hazırlamalıyıq. Bu cür platformalar şübhəsiz ki, onların psixologiyasına təsir göstərir, uşaqların dərs prossesinə qoşulmasına maneçiliklər yaradır. Bunun üçün çox ciddi maarifləndirm işləri aparılmasına ehtiyac var. Hər bir müəllim öz şagirdinə, tələbəyə başa salmalıdır ki, bu inkişaf üçün heç bir ónəm kəsb etmir, əksinə qeyri-ciddi bir platformadır. Maraqlı bir nümunə deyim: məsələn, milyarder Bill Qeyts yazır ki, öz uşaqlarına yalnız 16 yaşında kommunikasiya texnologiyalarından istifadəyə icazə verib. Yəni bunun yaradıcıları müəyyən yaş həddini nəzərə alıb, həmin yaşdan sonra uşaqların qismən istifadə etmələri üçün imkan yaradirlar. Bizdə isə qeyri-müəyyənlik var. İbtidai sinif şagirdlərinin də bəzən görürsüz ki, əllərində telefon var. Bəzən uşaqlar yemək yeyərkən belə telefona baxırlar. Bu çox pis haldır. Uşaqların şüurunun dağınıqlığına gətirib çıxarır. Siz çox yaxşı məsələ qaldırmısınız. Mən düşünürəm ki, bu istiqamətdə çox ciddi addımlar atılmalıdır”.
Rəna Həsənova