"Bu kimi açıqlamalar verilərkən hər birimiz diqqətli olmalıyıq. Düşünmürəm ki, paramentlə bağlı qeyd olunan fikir doğrudur".
Bunu faktmedia.az-a millət vəkili Ceyhun Məmmədov həmkarı Erkin Qədirlinin fikirlərinə münasibət bildirərkən deyib.
Deputat hesab edir ki, səslənən fikirlər yanlışdır:
"Bu fikir bütün parlamentin işini şübhə altına alır. Heç kim bu gün deyə bilməz ki, deputatlar xalqın səsini qazanmayıb. Biz parlamentin nüfuzunu qorumalıyıq. Doğrudur, hamının öz fikri var. Amma bütövlükdə seçkilərin qeyri-demokratik olduğunu demək yanlışdır".
Xatırladaq ki, millət vəkili Erkin Qədirli deputatların xalq tərəfindən seçilmədiyini deyib.
Sevinc Hüseynova