Pakistanın Kəraçi şəhərində son 2 həftədə tənəffüs çatışmazlığına səbəb olan müəmmalı xəstəlikdən azı 10-u uşaq olmaqla 18 nəfər ölüb.
Faktmedia.az xəbər verir ki, ölkə mediasının məlumatına görə, rəsmilər rayonda yağ, piy və xam dəmir zavodlarının fəaliyyət göstərdiyini bildiriblər. Xəstələrdə görülən tənəffüs çatışmazlığının bu fabriklərdən çıxan “zəhərli qazların” səbəb olduğu düşünülür.
İstintaq çərçivəsində 3 fabrik bağlanıb, 4 nəfər saxlanılıb.
Qeyd edək ki, sözügedən qaz və digər kimyəvi maddələr araşdırılır.
Zeynəb Müzəffərli