İngiltərə sakini, 49 yaşlı Deyv Uitford həşərat dişləməsindən sonra ölümcül xəstəlikdən əziyyət çəkdiyini öyrənib.
Faktmedia.az xəbər verir ki, kişi baş gicəllənməsi və ürək bulanması ilə həkimə müraciə edib. Və müayinələrdən sonra qulağında həşərat dişləməsi nəticəsində infeksiya olduğunu öyrənib. Bir qədər zaman sonra Deyv Uitfordun səhhəti daha ağır formada pisləşib və beynində şiş aşkarlanıb.
Əməliyyatdan əlavə kimya və radioterapiya da keçirən Uitford bundan sonra yorğunluq, yaddaş problemləri və qulaqlarında cingiltilərdən əziyyət çəkməyə başlayıb.
Qeyd edək ki, əməliyyatı icra edən həkimlərin sözlərinə görə xəstəliyin bu formada yaranması nadir görülən vəziyyətdir.
Zeynəb Müzəffərli