Biotexnologiya şirkəti olan “Biontech”in Almaniyadan ayrılacağı iddiasının yalan olduğu açıqlanıb.
Bu barədə məlumatı Almaniyanın “Bild” qəzeti yaymışdı
"BioNTech" korporativ kommunikasiyalar üzrə vitse-prezidenti Jasmina Alatoviç Bild qəzetin xəbərlərinin həqiqətə uyğun olmadığını bildirib.
Xəbərdə BioNTech-in istehsal və Ar-Ge layihələrini Almaniyanın Mainz şəhərindən İngiltərəyə daşımağa qərar verdiyi qeyd edilib.
"Biz xəbərin düzəldilməsini istədik. Düzdür, biz Böyük Britaniyada əlavə yerlər planlaşdırırıq. Bunun Almaniyada və ya dünyada BioNTech-in mövqelərinə heç bir təsiri yoxdur", - deyə Alatoviç bildirib.
Digər tərəfdən, BioNTech şirkətinin rəsmiləri yanvarın 6-da İngiltərədə xərçəng müalicəsi üçün bir Ar-Ge mərkəzi yaratmaq məqsədilə İngiltərə Səhiyyə Nazirliyi ilə razılaşdığını açıqlamışdı.
Zeynəb Müzəffərli