Varikoz damarları bir çox insanın əziyyət çəkdiyi damar xəstəliyidir. Mütəxəssislər bildirir ki, görünüş baxımından bezdirici xəstəliyi müalicə etmək mümkündür.
Faktmedia.az xəbər verir ki, varikoz damarlarından əziyyət çəkənlər sağlam damarlara sahib olmaq üçün alternativ müalicə üsullarına da müraciət edirlər.
Araşdırmalara görə dünyada hər üç qadından biri varikoz damarlarından əziyyət çəkir. 40-80 yaş arasında qadınların 25 faizində, kişilərin isə 20 faizində varikoz damarları var.
Həkimlər bildirir ki, dəridəki varikoz damarlarının müxtəlif üsullarla aradan qaldırılması problemi kökündən həll etmir. Bunun əvəzinə varikoz damarlarına səbəb olan sızma aşkar edilməli və məhv edilməlidir.
Mütəxəssislərin araşdırmasına görə varikozdan həm də sıxılma corablarından istifadə etməklə, gəzməklə və sağlam qidalanmaqla xilas olmaq mümkündür.
Zeynəb Müzəffərli