Həkimlərin təxminən 60%-i özünü işdən kənarda xoşbəxt hiss edir.
Faktmedia.az xəbər verir ki, 2020-ci ildə aparılan araşdırmalara əsasən, ən xoşbəxt həkim ixtisasları arasında ilk 5-likdə revmatologiya, ümumi cərrahiyyə, ictimai sağlamlıq, allerqologiya və immunologiya, ortopediya yer alıb. Son 5-likdə isə nevrologiya, reanimatologiya, daxili xəstəliklər, qastroenterologiya və endokrinologiya daxil olub.
Tədqiqatlara görə həkimlərin 27%-i pasientlərin minnətdarlığı və münasibətlərini işlərinin ən sevimli tərəfi hesab edirlər. 23%-i isə dünyanı daha yaxşı etməyin ən böyük mükafat olduğunu bildirir. 2022-ci ildə aparılan araşdırmaya əsasən pasientlə olan münasibət və aradakı səmimiyyət bütün xoşbəxt həkimlərin ümumi xüsusiyyətidir. Pasientin həyat keyfiyyətini yaxşılaşdırmaq imkanı həkimə öz işində böyük məmnuniyyət hissi verir və ən əsası həkimə işində stimulu artırır.
2022-ci ildə hesabatda ən yüksək maddi qazanc əldə edən ilk 5 həkim ixtisasları açıqlanıb. Bunlar plastik cərrahiyyə, ortopediya, kardiologiya, otolarinqologiya, urologiyadır.
Sevinc Hüseynova