Əfqanıstanda Taliban tərəfindən qadınlara qarşı təzyiq və təqiblər günü-gündən artır. Ölkədə qadınların universitetə getmələri və işləmələri qadağan edilib və Türkiyə başda olmaqla bir çox ölkə bu qərara reaksiya verib.
Faktmedia.az xəbər verir ki, Taliblər bu dəfə də ölkədə qadınların kişi həkimlərin yanına getmələrinə qadağa qoyublar.
“Qadınların universitetlərdə oxuyub həkim olmalarına icazə verilmir. İndi onlara kişi həkimlərin yanına getmək də qadağandır. Bu vəziyyətdə qadınlar ölməlidirlər. Qadınlar ölümə məhkum edilirlər”, - deyə ölkə daxilində və xaricdəki qadın hüquqları müdafiəçiləri qərara etirazlarını bildiriblər.
Talibanın eyni qadağa çərçivəsində yaxın 10 gün ərzində qadın gözəllik salonlarını tamamilə bağlayacağı bildirilir.
Zeynəb Müzəffərli