"Zəlzələlər və müharibələr uşaqlara psixoloji təsir göstərməkdən yan keçmirlər. Xüsusən də 7 yaşdan yuxarı olan uşaqlar daha çox sual verməyə meyilli olurlar".
Bunu Faktmedia.az-a psixoloq Aytən Ələkbərova deyib. O bildirib ki, 2-3-cü siniflərdən başlayaraq yaş artdıqca suallar daha çox yaranır:
"Bu dönəmlər uşaqları tam anlayışlı şəkildə anlatmaq lazımdır. 1-2-ci sinif uşaqları Həyat Bilgisi fənni keçdiklərinə görə, bəzi məlumatları mənimsəmiş olurlar. Amma buna baxmayaraq məktəbə gedənə kimi də uşaqlarla bu mövzularda söhbət etmək lazımdır. Uçqunlar altında qalan və sağ çıxan uşaqlar böyüdükcə bu prosesləri daha çox anlayacaqlar, çünki onlar hadisə şahidi olublar. Məsələn müharibələr məqsədyönlü, planlı şəkildə baş verdiyi halda, zələzələr, fəlakətlər təbiət hadisələri nəticəsində baş verir və biz bunun nə vaxt baş verəcəyini öncədən bilə bilmirik. Ona görə də baş verəcək hər hansı psixoloji təsirlərin qarşısını almaq üçün uşaqları kiçik yaşlarından sağlam şəkildə məlumatlandırmaq lazımdır. Müharibələrin qarşısını ala biləcəyimiz təqdirdə, təbii fəlakətlərin qarşısını almağın mümkünsüzlüyünü uşaqlar dərk etməlidirlər".
Havar Şəfiyeva