"Hər məktəbdə inklüziv uşaqlar var və məktəb psixoloqu bir növ defetoloq rolunu oynamağa başlayıb. Onlar düşünürlər ki, bu cür uşaqlarla danışmaq sanki uşaqların burdakı bütün məsuliyyətini həyata keçirməsi anlamındadır".
Bunu Faktmedia.az-a psixoloq Əfsanə Rüstəmova deyib. Psixoloq bildirib ki, məktəb psixoloqunun xüsusi bir səlahiyyəti olsa və ona bu imkanlar yaradılsa çox yaxşı işlər görər:
"Ən azından həftdə bir dəfə hər sinifdə bir saat təşkilat saatı altında görüş keçirilsə uşaqlara kifayət qədər müsbət gələcək. Və hər həftə bunu müntəzəm eləyəndə psixoloq yaxşı müşahidə edə bilir ki, hansı uşaq nisbətən daha qapalıdır, hansı uşaq yalan deyir və ya hansı uşaq hadisəni olduğundan daha fərqli şərh edir. Bu dediyimiz qrafik qurulsa əgər əlbətdə ki, məktəb psixoloqundan kifayət qədər effekt ala bilərik. Amma biz indi hazırda məktəbdə işləyən bir müəllim və s məktəb psixoloqlarından bu şeyləri gözləyə bilmərik. Ona görə bu gün məktəblərdə zorakılıq da var, təcavüz də var, intiharlar da olur. Eyni zamanda davranış pozuntuları ilə üzə çıxan xeyli uşaq var ki, onları təhsilə cəlb edə bilmirlər və bunun fonunda biz nə qədər savadlı uşaq itiririk. Bu itirmə təkcə danışığa görə yox, həmçinin dərslərə görədir".
Havar Şəfiyeva