Hər bir kəs az da olsa tibbi biliklərdən xəbərdar olmalıdır. Hətta, deyərdim ki, bu ixtisasından asılı olmayaraq bu belə olmalıdır. Biz çox şeyə məktəbdə yiyələndiyimiz kimi, elə sahələr var ki, onu da məhz elə məktəbdə öyrənsək daha yaxşı olar.
Bunu Faktmedia.az-a deputat Rəşad Mahmudov deyib.
“Səhhətimizdə hər hansı hal baş verdikdə primitiv tibbi biliklər ilə özümüzə yardım edə bilərik. Narkomaniya tədbirləri də məktəbdə aşılanmalıdır. Bu barədə qurumlar və nümayındələri təlimlər təşkil edə bilərlər”, - deyə deputat əlavə edib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun yazdığına görə, BMT-nin statistikasına əsasən narkomanlarda ən çox təlabat çətənə bitkisinədir, beləki onların sayı 147 milyon nəfər təşkil edir, həmçinin 33 milyonu stimulyatorların, 13 milyonu kokain və həşiş qətranının, hansılardan ki, 9 milyonu heroinin və 7 milyon nəfəri ekstazi istifadəçiləridir.
Bütün ölkələrdə praktiki olaraq narkomaniya əsasən gənclər arasında çox yayılıb. Ən çox narkoman 18 yaşından 25 yaşına qədər olan yaş qrupuna aiddir. Əsasən bu faktor bütün narkotik növləri üçün aktualdır. İstisna hal kimi ABŞ-da narkoistifadəçilərin yaş həddi 18-dən 20-ə kimidir. Bu ölkədə ümumi əhalinin 12%-i 12 yaşdan yuxarı narkotiklərdən istifadə edirlər. Əgər ABŞ üçün yaş qrupunu 18 yaşdan müəyyənləşdirsək onda bu rəqəm 3 dəfə artacaqdır.