"Azərbaycan binanların tikilməsi sahəsində başqa ölkələrlə müqayisədə daha güvənlidir".
Bunu
Faktmedia.az-a açıqlamasında memar Cahid Həsənov deyibş Memar bildirib ki, Türkiyədə çoxmərtəbəli binaların dağılmasına səbəblərdən biri də texniki şərtlərin normalara uyğun olmamasıdır:
"Azərbaycanla qonşu ölkələrdə çoxmərtəbəli binaların tikilməsi prosesini izləmişəm, xəbərim var. Amma İranın, eləcə də Türkiyənin praktikasında zəlzələ ilə bağlı demək olar ki, standartlar qorunub gözlənilmir. Bu isə gələcək üçün hesablanmamış addımdır. Seysmik fəlakətlər tez-tez olur. Və buna hazırlıqlı olmaq lazımdır. Çoxmərtəbəli binanı tikən şirkətlər də texniki göstəriciləri mütləq nəzərə almalıdılar. Doğrudur, Azərbaycan saydığımız ölkələrə nisbətən bu şərtləri nəzərə alır. Amma köhnə tikililər artıq öz istismar müddətini başa vurub. Ona görə onları təhlükəli saymaq olar".
Qeyd edək ki, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4 544-ə çatıb. Təbii fəlakət nəticəsində 26 721 nəfər yaralanıb.
Bəsti MƏMMƏD