Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 31 min 974 nəfəri ötüb
Faktmedia.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
2023-02-10 19:19:35
Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb.
Faktmedia.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 77 711 nəfər yaralanıb.
10-33
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 18 342 nəfərə çatıb.
Yaralıların son açıqlanan sayı isə 74 242 nəfərdir.
Dağılan binaların sayı 6 444 təşkil edir.
22-21
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 17 134 nəfərə çatıb.
Bu barədə AFAD-dan məlumat verilib.
Zəlzələ zamanı yaralananların sayı isə 70 347 nəfərdir.
14-33
Türkiyədə dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 14 014-ə yüksəlib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Zəlzələ zamanı yaralananların sayı da artaraq 63 794-ə yüksəlib.
19-49
Türkiyədə baş verən zəlzələlərdə 9 min 57 nəfər həyatını itirib, 52 min 979 nəfər yaralanıb, 6 min 444 bina dağılıb.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda açıqlama verən zaman deyib.
15-03
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 8574-ə çatıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Qardaş ölkədə baş vermiş təbii fəlakət nəticəsində yaralananların sayı isə 49133-ə yüksəlib.
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 7108-ə çatıb.
Bu barədə AFAD məlumat yayıb.
Qardaş ölkədə baş vermiş təbii fəlakət nəticəsində yaralananların sayı isə 40910-ə yüksəlib.
12-36
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 5000-i ötüb
Bu haqda ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlama yayıb.
O bildirib ki, hazırda ölənlərin sayı 5434 nəfərə, yaralıların sayı isə 31777 nəfərə çatıb.
21-06
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 3000-i ötüb.
Faktmedia.az Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən xəbər verir ki, ölənlərin sayı 3381 nəfərə çatıb.
Yaralıların sayı isə 20 426 nəfərə yüksəlib. Məlumata görə, ölkədə zəlzələ nəticəsində 5775 bina dağılıb.
s
19-57
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 703-ə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 22 286 nəfər yaralanıb.
Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay məlumat yayıb.
Onun sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 3419-a çatıb. Yaralıların sayı isə 20 534-ə yüksəlib.
08-38
Türkiyənin 10 əyalətində baş verən təbii fəlakətdə ölən və yaralananların sayı artır.
Ölkənin vitse-prezidenti Fuad Oktay Kahramanmaraşda baş verən zəlzələlərdə 2 min 379 nəfərin həyatını itirdiyini, 14 min 483 nəfərin isə yaralandığını bildirib.
Zəlzələlərin davam etdiyi bölgədə vətəndaşlardan qəzalı binalara girməmələri xahiş olunub.
21-52
Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1651 nəfərə çatıb, 11 mindən çox yaralı var.
Bu barədə yerli televiziyalardan birinin efirində ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
“Hazırda Kahramanmaraşda baş verən zəlzələ nəticəsində 1651 nəfər ölüb, 11 119 nəfər yaralanıb. 3471 bina dağılıb”, - o bildirib.
20-12
Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə, yaralıların sayı isə 9 733-ə çatıb.
Bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay məlumat yayıb.
O bildirib ki, yeraltı təkanlar nəticəsində 3 471 bina tamamilə dağılıb.
16-24
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Orhan Tatar zəlzələdən həyatını itirənlərin sayını açıqlayıb.
O bildirib ki, son məlumata görə zəlzələ nəticəsində 1014 nəfər həlak olub
14-24
Türkiyə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 912-yə çatıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Onun sözlərinə görə, yaralıların sayı 5385-ə yüksəlib. Türkiyə lideri ölkənin cənub-şərqindəki zəlzələnin 1939-cu ildən bəri ən iri təbii fəlakət olduğunu bildirib.
R.T.Ərdoğan qeyd edib ki, doqquz mindən çox xilasedici zəlzələdən zərər çəkən bölgələrdə axtarış işlərinə qatılıb.
Xilas edilən vətəndaşların sayı 2470 olub. Zəlzələ nəticəsində ümumilikdə 2812 bina dağılıb.
11-14
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb.
Faktedia.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.
F.Oktayın sözlərinə görə, yaralıların sayı 2323-ə yüksəlib. Xəlzələ nəticəsində 1710 bina dağılıb.