Sosial şəbəkələrdə azərbaycanlı tələbələrin Türkiyədə dağıntı altında qaldığı bildirilir. Hətta bəzi tələbələrin fotoları da paylaşılır.
Faktmedi.az Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlikdən saytımıza bildirilib ki, hadisə nəticəsində zərərçəkmiş tələbələrin yaxınları Azərbaycanın Türkiyədəki Səfirliyi ilə əlaqə saxlaya bilər.
Qeyd edək ki, Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə, yaralıların sayı isə 9 733-ə çatıb.
Yeraltı təkanlar nəticəsində 3 471 bina tamamilə dağılıb.
Rəna Həsənova