"Azərbaycanda zəlzələ demək olar ki, hiss olunmayıb. İranda və Türkiyədəki zəlzələnin Azərbaycandakı Azərbaycandakı zəlzələ ocaqlarını oyatmaq ehtimalı yoxdur”.
Bunu Faktmedia.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Direktor bildirib ki, İranda baş verən zəlzələ Azərbaycanda hiss olinmuşdu.Türkiyədə baş verən zəlzələnin episentri bizdən 800 km uzaqda yerləşir.
Qeyd edək ki, Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələdağıntı və ölüm hallarına səbəb olub.
Rəna Həsənova