"Başqa tibbi xidmətlərdə olduğu kimi pasientlərin doğuş və keysəriyyə üçün də dövlət müəssisələrindən daha çox özəl müəssisələrə müraciət etməsi bir tərəfdən məntiqli, digər tərəfdən məntiqsiz görünə bilər. Nəzərə alsaq ki, doğuş xüsusən İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar dövlət müəssisələrində maddi baxımdan pasientlərə daha uyğundur, o zaman orada daha çox olmalı idi. Amma nəyə görə bizdə özəl tibb müəssisələrinə müraciət daha çoxdu sual doğurur".
Bunu Faktmedia.az-a ginekoloq Rəşad Sultan deyib.
Həkim bildirib ki, bu daha çox tibbi xidmətin keyfiyyəti ilə əlaqədardı:
"Hamı mənimlə razılaşar ki, özəl bir müəssisədə xidmətin keyfiyyətini dövlət müəssisəsinə nisbətən yüksək olması gözləniləndir. Bu nəyinki tibb sektorunda hər sektorda belədir. Əlavə olaraq bizim ölkəmizə xas olan özəlliklərdən məsələn bütün daha təhsilli, daha peşəkar həkimlərin çoxunun özəl tibb müəssisələrinə toplaşması, nəyinki həkim səviyyəsində hətta tibb bacısı və sanitarka səviyyəsində tibbi xidmətin özəl müəssisələrdə daha kefiyyətli olmasını aid etmək olar. Bir nüansı da qeyd etmək istəyərdim ki, başqa xətəliklər bir yana, amma doğuş və keysəriyyə bir xəstəlik deyil bir ailənin nişan və toyla başlayan rituallarının bir nəticəsidir. Bu bir xeyir işdir. Ona görə də insanlar buna planlı şəkildə maddi olaraq hazırlıqlı olurlar. Ona görə də başqa bir xətəlikdə maddi cəhətdən hazırlıqlı ola bilmirlər, amma doğuş zamanı özəl xəstəxanaya daha çox müraciət edirlər".
Bəsti Məmməd