Nədənsə biz ana və körpə ölümləri haqqında tez-tez xəbərlər eşidirik. Ölkədə ana ölümü çoxalıb. Səbəb isə demək olar ki, məlum deyil. Əsasən dövlət tibb müəssisələrində ana və körpə ölümləri qeydə alınır. Dövlət Statistika Komitəsinin saytına istinadən 2021-ci ildə 20 ana ölümü qeydə alınıb.
Mövzu barədə Faktmedia.az-a danışan ginekoloq Sara Adıgözəlova deyib ki, hamiləlik müddəti düzgün müayinə və müalicələr əsas şərtdir:
"Hamilə qadın həkimə müraciət etdikdə, ona prosedurlar düzgün təyin edilməlidir. Ginekoloqun tövsiyəsi əsasında hamiləlik sonlanmalıdır. Əsas şərt həkimin hamiləyə düzgün müayinələr əsasında hamiləliyi sürdürməsidir. Həkim səhvi ölümlə nəticələnə bilir. Səhiyyə sistemində də problemlər var. Həkimlər bu barədə mütaliəli olmalıdır. Hər bir hamiləyə görə də vəziyyət dəyişir. Səhlənkarlıq ana və körpə ölümü deməkdir".
Rəna Həsənova