Bir sıra insanlar üzündə keylik yaşadığını deyir, bəzən gözündə görmənin pozulması, anidən başgicəllənmə ilə üzləşirlər. Lakin bunu çox da ciddiyə almırlar, həkimə müraciət etmirlər. Ayağa duran zaman gözlərin qaralması, görmənin itməsi bir anda keçib gedir. Bəs bu hal niyə baş verir?
Mövzu ilə bağlı
Faktmedia.az-a danışan həkim-nevroloq Sevinc Abışova deyib ki, bu hal hansısa insanda baş verirsə, həkimə müraciət etməsi mütləqdir:
"Kəskin infarkt, yəni toxuma ölümü qəflətən baş verir. Xəstəliyin sipmtomları bir sutkaya qədər özünü göstərə bilər. Bildiyimiz kimi, Tranzitor İşemik Həmlə beyin toxumalarinin ölümü olmadan işemiya səbəbli nevroloji disfunksiyasıdır. Bir çox insanlarda bu problem yüngül nevroloji əlamətlərlə özünü göstərir. Bu xəstəlik həm də üzün bir hissəsində, yuxarı yaxud aşagı ətrafın qəflətən yaranan keylik və ya zəifliyi ilə öünü biruzə verir.
Bəsən isə nitq pozulması da baş verə bilir. Qeyd edə bilərəm ki, simptom fərqli-fərqli hiss oluna bilər. Ola bilsin ki, görmə qabiliyyətinin pozulması da baş versin. Hətta yerişdə yaranan problem də üzə çıxa bilər. Bu hallar yaranmış insanlarda gələcəkdə insult baş qaldıra bilər. Ona görə də yaranış vəziyyətdən sonra müayinə vacibdir. Öncədən edilən müdaxilələr bir sıra hallarda insultun qarşısını alır".
Sevinc Hüseynova