Olympe adlı 23 yaşlı fransız yutuber ilin sonuna qədər evtanaziya edilməsi üçün belçikalı həkimlərə müraciət edib.
Faktmedia.az xəbər verir ki, gənc qız 2016-cı ildən yaranan dissosiativ şəxsiyyət pozğunluğundan əziyyət çəkir. Belə ki, İŞİD-in Brüssel hava limanına hücumunun şahidi olduğu üçün,bu hadisə onda travma kimi qalıb. Psixiatrik müalicə və dərmanlardan sonra o, həyatına son qoymağı seçib.
Evtanaziya, yəni həyatı qoruyan müalicələrin dayandırılması Belçika, Hollandiya, Lüksemburq, Almaniya və İspaniyada qanunidir, lakin əksər Avropa ölkələrində köməkli intihar, yəni xəstəyə öz həyatına qəsd etmək imkanı vermək qeyri-qanuni sayılır.
Köməkli intihar da adlanan evtanaziyanın Fransada qanuni olması ilə bağlı müzakirələr aparılır. Bununla bağlı ölkənin bir qism psixoloqları buna etiraz edirlər.
Zeynəb Müzəffərli