“Əfqanıstanda qadınlar təhsilə geri dönməlidir, heç bir xarici və daxili qüvvə onları təhsildən kənarda qoya bilməz”.
Faktmedia.az xəbər verir ki, bunu Əfqanıstandan rəsmi səfərdən dönən BMT baş katibinin müavini Əminə Məhəmməd jurnalistlərin suallarını cavablandırarkən deyib.
BMT rəsmisi bildirib ki, səfər çərçivəsində Taliban administrasiyası ilə görüşlərində əfqan qadınlara qarşı tətbiq olunan məhdudiyyətlərin və Əfqanıstana humanitar yardımın aparılmasına maneələrin aradan qaldırılmasını müzakirə edib.
O qeyd edib ki, Talibanın əfqan qadınlara qarşı tətbiq etdiyi qadağalar hər gün bir qədər şiddətlənir. Əfqanıstanda vəziyyət olduqca acınacaqlıdır. Bölgədə qadınlara qarşı münasibət birmənalı deyil. Əfqanıstanda qadınlar həyatın bütün sahələrində, o cümlədən humanitar yardımda həlledici rol oynayırlar.
De-fakto hakimiyyətin bu cür fərmanları qadınların fundamental hüquqlarını, eləcə də humanitar prinsipləri kəskin şəkildə pozur.
“Ümid edirik ki, bu mübarizədə beynəlxaq ictimayyətin dəstəyini almaqda davam edəcəyik”.
Sevinc Hüseynova