"Son vaxtlarda, xüsusilə də son iki ayda yayılan xəstəliklər uşaqlarda bir çox əlamətlərini saxlayır. Bir ay ərzində iki dəfə eyni və yaxud da fərqli xəstəliklərə yoluxma halları rast gəlinir".
Bunu Faktmedia.az-a pediatr Qoşqar İsmayılov deyib. Həkim bildirib ki, 2-3 il bundan qabaqkı illərlə müqayisədə belə halların artdığını müşahidə edirik:
"İndi daha çox ekoloji korlanma ilə bağlı virusların aktivliyinə görə belə hallar baş verir. Bu yeni virusların mutasiyası nəticəsində yarandığı klinik vəziyyətdir. Məsələn olur ki, bir ayda uşaq xəstəlinir, həmin ayın axırı da eyni xəstəliyə yoluxur. Bu onun immun sisteminin zəifləməsinə, müalicənin düzgün aparılmamasını göstərir. Elə ailələr var ki, uşağı ümumiyətlə həkim müayinəsinə aparmır, özbaşına hansısa dərmanları verir. Bel olan hallarda uşaqlar tez-tez təkrar olaraq eyni xəstəlikdən əziyyət çəkirlər".
Havar Şəfiyeva