"Sosial maddi səviyyənin yüksək olmadığı, sevgi qayğı münasibətlərinin olmadığı ailələrdə autizmdən əziyyət çəkən uşaqların sayına daha çox rast gəlindiyi göstərilir. Autizim anadangəlmədir. Səbəbi dəqiq məlum deyil. Nitq və duyğulardan gələn məlumatların qiymətləndirilməsi ilə bağlı beyində müəyyən problem olduğu deyilir".
Bunu Faktmedia.az-a klinik psixoloq Şəlalə Rəhmanova deyib. O bildirib ki, autizmin yaranmasında irsi amillər də özunu göstərir:
"Tək yumurta əkizləri genetik baxımdan bir birilə eynidir. Əgər tək yumurta əkizlərinin biri autizmlidirsə, digərinin autizmli olma riski 35-75 % ola bilər. Fərqli yumurta əkizlərində isə bu risk 0-23 % dir. Ailənin ilk uşaqı autizmlidirsə, sonrakı uşağın autizimli olma riski 5-15 % dir. Son vaxtlar aparılan araşdırmaların statistik nəticəsinə görə hər 10.000 uşaqda 1 və ya 2 də autizmə rast gəlinir. Autizmin qızlara nisbətən oğlanlarda daha çox rast gəlinir. Statistikaya görə hər 4 autizmli uşaqdan yalnız biri qızdır. Erkən uşaq autizmi sinir sisteminin bətndaxili zədəsi ilə əlaqədar beynin kötuk hissəsində baş verən üzvi proseslə əlaqəlidir. Həmçinin Bu xəstəliyi "valideyn-uşaq münasibətlərindəki xroniki psixoloji zədə ilə bağlayırlar. Yəni: "ananın soyuqluğu, övladına laqeyd münasibəti uşağın ana ila (affektiv) əlaqəsini pozur; valideynin despotik təzyiq nəticəsində uşağın hərəkətlərini, onun emosional sferasını iflic edən psixogen situasiya yaranır ki, bu da onlarda autizmin güclənməsinə səbəb olur. Aparılan araşdırmalarda müxtəlif səbəblər göstərilmişdir; əsasən, genetik faktorlar, genetik uyğunsuzluq, sosial faktorlar, psixoloji və sosiopsixoloji səbəblər, prinatal və postnatal travmalar, bəzi dağıdıcı viruslar və xəstəliklər olaraq sıralanır".
Şəlalə Rəhmanova əlavə edib ki, autizmdən əziyyət çəkən uşaqların baş beyni normal uşaqlarla müqayisədə 13% daha böyükdür:
"Hamiləlik, prinatal və postnatal travmalarında autizmə səbəb olduğunu qeyd edən tədqiqatçılarda vardır. Genetik olaraq autizmə meyilliliyi olan uşaqların doğum zamanı beyinə oksigen getməməsi və doğumdan sonra yüngül beyin travması keçirməyin də autizmə yol açdığı vurğulanır. Lakin bütün bu fərziyyələri sübut edəcək kifayət qədər məlumat yoxdur. İndiki dövrde autizmli uşaqların sayı artmaqda davam edir. Autizm zamanı nə qədər tez diaqnoz qoyulsa bir o qədər də tez müsbət nətiə əldə etmək olar. Autizm zamanı erkən müdaxilə vasitəsilə uşağı inkişafına kömək edib onu yaşıdlarından geri qalmamaqla cəmiyyətə qazandıra bilerik. Autizmli uşaqlarda ən çox görülən nitqinin onun yaşını uyğun olmaması, sosial ünsiyyətin olmaması, təkrar olunan davranışların olması, səbəbsiz ağlamaq gülmək, maraqlarının məhdud olmasıdır. Bu uşaqlara psixoloq, loqoped, pedaqoq, defektoloq desteyi vacibdir. Azərbaycanda autizmli uşaqların sayı hal hazırda artmaqda davam edir, amma autizmlə bağlı bəzi ailələrdə yeterli məlumat yoxdur. Valideynlər uşaqlarını bağçaya qoyduqda uşağın düzələcəyini düşünür, amma bu yanlışdır. Problemlə bağlı yetərli məlumata sahib olmayan valideynlər uşaq özünü normal aparmayanda ona təzyiq göstərir, valideyn cəmiyyətdə uşağın bu hərəkətlərindən utanmağa başlayır onu sosial muhitə çıxarmamağa başlayır. Əziz valideynlər utanmalı deyilsiz".
Havar Şəfiyeva