Bu sözləri Faktmedia.az-a danışan pediatr Aytən İsmayılzadə deyib.
O bildirib ki, monqol ləkəsi anadangəlmə dəri melanositozudur:
"Monqol ləkələrinə uşağın bel, kürək, topuq, qol nahiyələrində də rast gəlinir. 1 aydan sonra görünməyə başlayır. 12 yaşına kimi itir. Körpənin sağlamlığı üçün heç bir narahatlıq yaratmır. Ölçüsü, forması, rənginin tündlüyü uşaq böyüdükcə dəyişir. Amma bu onun artması demək deyil. Bu ləkələrin olduğu dəri ilə digər yerdəki dərinin heç bir fərqi yoxdur".
Qeyd edək ki, "monqol ləkələri" yenidoğulmuşlarda rast gəlindiyi üçün, analar narahat olur. Həkim bu ləkələrin heç bir qorxusunun olmadığını deyib. Əlavə edib ki, bu ləkələr 6 % yetkin insanlarda qalır.
Havar Şəfiyeva