"Doğulacaq körpənin cinsi tibbi baxımdan heç də qadından aslı deyil. Əgər biz elmdən danışırıqsa cinsiyyət sırf atanın hansı spermatozoidinin yumurta hüceyrəsini mayalandıracaqsa ondan aslıdır".
Bunu Faktmedia.az-a uzman mama-ginekoloq Rəxşəndə Əliyeva bildirib.
"Çünki bizim bədənimizdə var adi xromosomlar və cinsi xromosomlarımız. Qadında cinsi xromosom 2 ədədddir bu da ( x, x). Kişidə isə bu xromosomun biri X digəri isə Y- dir. Qadında 23 ədad olan cinsi hüceyrələr sadəcə X xromosomunu daşıyır. Kişidə 46 cinsi hüceyrə olur bunun 23-ü X, 23- ü isə Y xromosomudur. Hansı spermatozoid gedib yumurta hüceyrəsini mayalandırıbsa uşağın cinsi ( ya 46 XX ( qadın) ya da 46 XY( kişi)) həmin xromosoma aid olacaq. İllər boyu biz bunu bilmişik ki, doğulacaq uşağın cinsi sırf kişidən aslıdır".
Amma son araşdırmalar var ki, yumuta hüceyrəsi özü seçir hansı spermotozoidi daxilə buraxacaq, onu mayalandırmağa icazə verəcək. Bu da onu göstərir ki, uşağın cinsiyyətində qadın orqanizminin də rolu böyükdür. Ancaq bu araşdırmalar kifayət qədər yendiri və tam öz təsdiqini tapmayıb. Ona görə də biz daha çox kişidən aslıdır deyib bunun üzərində dayanırıq. Çünki mikrogenetika çox cavan sahədir və bu sahədə araşdırmalar aparılır. 2020- ildən ortaya qoyulan bu faktlar hələ tam təsdiqini tapmasa da bizə uşağın cinsiyyətində kişi ilə bərabər qadının da böyük rol oynadığını deməyə icazə verir.
Bəsti MƏMMƏD