Azərbaycanda vərəmə yoluxanların sayı artıb. Pandemiyadan sonra qrip və vərəm ən çox yayılan xəstəlikdir. Bakı ilə yanaşı bölgələrdə də vərəmə yolxuanların sayı artmaqdadır.
Mövzu ilə bağlı Faktmedia.az-a danışan pulmonoloq Ramin Nəriman bildirib ki, vərəm xəstəliyi Azərbaycanda geniş yayılmış xəstəliklərdən biridir:
"Bu xəstəlik 1-ci Qarabağ müharibəsindən sonra daha çox müşahidə olunmağa başladı. Ümumiyyətlə vərəmin artması sosial-gigyenik vəziyyətlə, qidalanma ilə, xəstələrin xəstəxanaya gec müraciət etmələri, öz xəstəliklərini gizlətmələri kimi faktlarla bağlı daha geniş yayılır".
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda ilkin vərəmlə xəstələnmə göstəricisi 1886 nəfər olub ki, onlardan 1016-sı bakterioloji olaraq təsdiqlənmiş ilkin xəstələr, 437-si kliniki təsdiqlənmiş ilkin xəstələr, 433-ü ağciyərdən kənar ilkin xəstələrdir.
Rəna Həsənova