Malavidə mart ayında yayılmağa başlayan vəba epidemiyasından son 24 saatda 12 nəfər ölüb, 626 yeni yoluxma faktı qeydə alınıb.
Təxminən 20 milyon əhalisi olan ölkədə həyatını itirənlərin ümumi sayı 1002-yə, yoluxanları sayı isə 29 995-ə yüksəlib.
Səhiyyə naziri Khumbize Kandodo Çiponda xalqa gigiyena qaydalarına riayət etmələri və təmiz sudan istifadə etmələri ilə əlaqədar çağırış edib.
Vəbaya yoluxmuş şəxsdə ishal, qusma, əzələ spazmı kimi simptomlar müşahidə olunur.
Qlobal səhiyyə qurumlarının və hökumətlərin gördükləri tədbirlər nəticəsində illərdir azalan vəba epidemiyası iqlim dəyişikliyi, yoxsulluq və münaqişələr səbəbindən yenidən yayılmağa başlayıb.
Sevinc Hüseynova