Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2022-ci il üçün balans hesabatını açıqlayıb.
Faktmedia.az xəbər verir ki, müvafiq olaraq, 2022-ci ilin sonu etibarilə Türkiyə AİHM-də “ən çox iddia qaldıran dövlət” mövqeyinə yerləşdirilib.
Türkiyənin birinci yerdə qərarlaşması Rusiyanın Ukraynaya müdaxiləsi səbəbilə Avropa Şurasından qovulması ilə bağlıdır.
AİHM -in gündəmində olan 74 min 650 iş müraciətindən 20 min 110-u Türkiyəyə qarşı hüquqların pozulması şikayətləridir. 15 iyul çevriliş cəhdindən sonra həyata keçirilən tədbirlər çərçivəsində dövlət sektorunda həbslər, mühakimə və işdən çıxarılmalarla bağlı şikayətlər Türkiyəyə qarşı iddia ərizələrinin yarısını təşkil edir.
AİHM-nin 2023-cü ildə bu qrup işlərlə bağlı presedent hüququ xarakterli qərarını elan edəcəyi gözlənilir.
Bəsti Məmməd