Fransada gender ayrıseçkiliyi hələ də “həyəcanverici” səviyyədədir. Fransa Qadın və Kişi Bərabərliyi üzrə Ali Şurası cinsiyyətçilik hallarına dair hesabat təqdim edib.
Faktmedia.az xəbər verir ki, hesabatda bir çox kişinin qadınlara qarşı ayrı-seçkilik və ya zorakı davranışı məqbul hesab etdiyi qeyd edilib.
Araşdırmada 15 yaşdan yuxarı 2500 insan iştirak edib. Tədqiqatın nəticələri prezident Emmanuel Makrona təqdim olunacaq.
Nəticələr göstərib ki, respondentlərin əksəriyyəti gender bərabərliyinə dair fikirləri təsdiq etsələr də, buna əməl etmirlər.
Viavoice İnstitutunun apardığı araşdırmaya görə, ölkədə qadınların 80 faizi kişilərdən tərəfindən pis rəftara məruz qalır. Üçdə bir hissəsi isə təcavüzə uğrayır. Kişilərin yalnız 9 faizi ev işləri ilə məşğul olmağı normal hesab edir.
Qeyd edək ki, Fransada ciddi cinsiyyətçi təhqirlərə görə 3750 avroya qədər cərimə tətbiq edilir.
Sevinc Hüseynova