"Ölkədə istər şəhər, istər rayon ərazilərində məşğulluğun təmin olunması üçün tələb olunan əsas şərtlərdən biri istehsal sahələrinin yaradılmasının xidmət sektorunun genişləndirilməsidir”.
Bunu Faktmedia.az-a iqtisadçı Pərviz Heydərov deyib.
İqtisadçı bildirib ki, yeni istehsal sahələrin yaradılması və xidmət sektorunun inkişaf elətdirməsi iş yerlərinin açılması və məşğulluq probleminin həllində əsas çıxış yolu hesab olunur:
“Ölkədə əhalinin 40 faizdən çox hissəsini bölgələrdə məskunlaşıb. Amma məşğulluq probleminin iş yerlərinin daha çox geniş şəkildə açıldığı, mövcud olduğu yerlər Bakı və digər sənaye şəhərləri sayılır. Bu ondan irəli gəlir ki, sənaye şəhərlərində, xüsusilə paytaxt Bakıda iş yerlərin sayı çoxdur, xidmət sektoru daha geniş şəkildə inkişaf edir. Ona görə də regionlardan Bakıya gündəlik qazanc əldə etmək məqsədi ilə axın edənlərin sayı artır”.
Ekspert əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyaya axın əvvəlki kimi deyil, amma bundan öncə Rusiyaya da iş dalınca gedənlərimiz əsasən bölgələrdən daha çoxluq təşkil edirdi:
“Bir tərəfdən baxanda xidmət sektorunun Bakı şəhərində daha çox inkişaf etməsi təbii haldır, yəni bura gediş gəliş çoxdur, bilavasitə ölkəyə gəliş və ölkədən çıxış əsas ortaq nöqtə Bakı şəhəri sayılır".