Uşaqlar arasında yayılan virus bitmir. Hər gün daha da yoluxma artır. Valdeynlərisə bildirir ki, uşaqlar üçün yazılan dərmanlar da təsir etmir.
Mövzu barədə Faktmedia.az-a danışan tibb eksperti Mərdan Əliyev bildirib ki, artıq bir müddətdir Azərbaycanda influenza virusu yayılıb:
"Bu virus əleyhinə istifadə olunan bir sıra dərmanlar az istifadə olunan dərman preparatları olduqları üçün, həmin dərmanlarla bağlı apteklərdə çatışmazlıqlar var. Amma bu belə olmamalıdır. Həmin dərmanlar azaldıqca yenidən ölkəyə gətirilməlidir. Uşaqlar üçün nəzərdə tutulan Nurofen, Parasetamol tərkibli dərman preparatlarını da apteklərdən tapmaq mümkün olmur. Əslində bu hallar olmamalıdır. Bəzi dərmanlar strateji dərmanlar hesab olunur. Dövlət tərəfindən nəzarət olunmalıdır ki, bu dərmanlar hər zaman apteklərdə olsun".
Rəna Həsənova