Dərmanların dozası insanların DNT-sinə uyğunlaşdırılsa, xəstələrdə dərmanın yaratdığı ciddi yan təsirlər 30 faiz azala bilər.
Faktmedia.az xəbər verir ki, bununla bağlı Hollandiyanın Leiden Universitetində araşdırma aparılıb.
Dünyanın ən hörmətli tibb jurnallarından biri olan Lancet-də dərc olunan araşdırmada nəticəsində göstərilib ki, xəstənin genetik profilinə uyğun dərman verilməsi müsbət nəticələrə yol aça bilər.
Qeyd edilib ki, xəstələr eyni dərmana fərqli reaksiya verirlər. Bunun səbəbi hər kəsin fərqli DNT-yə malik olmasıdır. Araşdırma 7 Avropa ölkəsində 7 min xəstə üzərində aparılıb.
Genetikaya uyğun tənzimlənən dərman insanlar üzərində mübət nəticə verib.
Sevinc Hüseynova