ABŞ-ın Kənd Təsərrüfatı Departamenti piylənmə ilə mübarizə aparmaq məqsədilə amerikalı uşaqların daha sağlam qidalanması üçün məktəblərə yeni qidalanma standartları təklif edib.
Faktmedia.az xəbər verir ki, məktəblərdə verilən səhər yeməyi və nahar üçün yeni təlimatlar hazırlanıb. Qidalarda duzu, şəkəri azaltmaq, şokaladdan istifadənin miqdarını aşağı salmaq kimi yeni qaydalar müəyyən edilib.
Kənd Təsərrüfatı naziri bildirib ki, parlaq gələcək üçün uşaqların sağlam böyüməsi vacibdir. Qan təzyiqini və ya ürək xəstəlikləri riskini artıran natrium qəbuluna ciddi nəzarət edilməlidir. Piylənmənin qarşısını almaq üçün təhsil ocaqları ilə hökumət birgə fəaliyyət göstərəcək. Təklif olunan dəyişikliklər 2024-2025-ci tədris ili üçün tətbiq olunmağa başlayacaq.
Qeyd edək ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən verilən məlumata görə, Amerikada 2-19 yaş arası uşaq və yeniyetmələrin təxminən 20 faizi obezdir. Bu da sayca 14,7 milyon deməkdir.
Sevinc Hüseynova