Sən demə Azərbaycanda atalıq məzuniyyəti də var imiş. Amma təəssüf ki, bundan yararlanan yoxdur. Çünki Azərbaycanda bu barədə ya heç kim məlumatlı deyil, ya da bu hüquq bizdə işlək deyil.
Mövzu barədə Faktmedia.az-a danışan hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, əslində atalıq məzuniyyəti tətbiq olunur:
"Uşaq doğulan gündən atalara 14 gün ödənişsiz məzuniyyət verilir. İndi bu məsələ ilə bağlı layihə hazırlanır. Bu layihədə atalıq məzuniyyətinin ödənişli olması nəzərdə tutulur. Qismən ödənişsiz məzuniyyət hüququnu həyata keçirərkən xanım işləyə bilər, həmin halda uşağa qulluq üçün 3 ilədək qismən ödənişsiz sosial hüququndan ata istifadə edə bilər. Digər bir hal da var ki, doğuş zamanı ana vəfat edərsə, o zaman analıq məzuniyyətinin 2-ci hissəsindən ata istifadə edə bilər. Bütün bunlar əmək məcəlləsində qeyd olunub".
Rəna Həsənova