"Azərbaycanda ölmüş şəxslərdən orqan köçürülməsi ilə bağlı qərar verilsə də, insanlarımız buna hazır deyil. Bu qanun Azərbaycanda 2 ildir qəbul olunub. Qanun qəbul edilə bilər, amma cəmiyyətdən də asılı olan bir şeydir. Deyə bilərəm ki, cəmiyyət hələ buna hazır deyil”.
Bunua faktmedia.az-a deputat Rəşad Mahmudov deyib.
Deputat hesab edir ki, bu düşüncə orta məktəbdə aşılansa gələcəkdə problem yaşanmaz:
“Bir qanun qəbul edilibsə onu həm də başa düşmək lazımdır. Həyatın xilası olması üçün vətəndaş borcu ön plana keçməlidir. Bu dərk edilsə, çox rahatlıqla proses işə düşər. Təəssüf ki, hələ azərbaycanda bunun işə düşməsini görmürük. Dediyim ki, buna mane olan faktorlar var”.
Rəna Həsənova