"Bu məsələ aidiyyatı dövlət qurumları tərəfindən araşdırılmalıdır və müvafiq araşdırmalar aparıldıqdan sonra məsələ barədə qərar qəbul edilə bilər".
Bunu Faktmedia.az-a deputat Ceyhun Məmmədov deyib.
Millət vəkili bildirib ki, ən önəmli məsələ odur ki, İran bankın şübhəli əməlyatlarda rolu, dini və radikal qrupları maliyələşdirməsi araşdırılmalıdır:
"Əgər belə hallar olarsa bu barədə qərar qəbul edilməlidir. Heç şübhəsiz ki, dövlət qurumları da bu istiqamətdə addımlar atırlar və araşdırmalar aparırlar. Prosses bütövlükdə dövlətimizin nəzarətindədir. Müvafiq qanunvericiliyə əsasən bu kimi məsələlər barədə zamanla qərarlar qəbul ediləcək. Bu da ümumi vəziyyətdən və ümumi prosesdən aslıdır".
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən İran bankının (“Bank Melli” İranın Bakı Filialı) bağlanması ilə bağlı AMB-yə hər hansı müraciət daxil olmayıb. Bank tərəfindən müraciət edilərsə, onun müraciətinə baxıla bilər.
Sevinc Hüseynova