"Yunanıstan Tarix boyu Türkiyəyə düşmən siyasəti aparmış dövlətdir. Yunanıstan hətta 19-cu əsrin sonlarından açıq düşmənçilik mövqeyini hər zaman ortaya qoyub".
Bunu Faktmedia.az-a siyasi şərhçi Aydın Quliyev deyib.
Aydın Quliyev əlavə edib ki, Yunanıstan belə vəziyyətdə Türkiyəyə etdiyi humanist adı altında jestin həqiqi humanist siyasətindən danışmaq mümkünsüzdür:
"Və Yunanıstana indiyə qədər Türkiyəyə apardığı siyasətin guya obyektiv olduğunu göstərmək və dünya ictimaiyyətini buna inandırmaq məqsədi daşıyır. Necə ki, Ermənistan bu hadisədə kömək adı ilə siyasi əməllərini güdür, eynilə Yunanıstan da o formada öz siyasətini yürüdür".
Havar Şəfiyeva