"Azərbaycandan Türkiyəyə yardım edən insanların sayı artır. İndiyə qədər 3000-ə yaxın şəxs bu kampaniyaya qoşulub".
Bunu Qızıl Ayapara cəmiyyətinin Vitse-Prezidenti Qafar Əsgərzadə faktmedia.az-a açıqlamasında bildirib.
Q. Əsgərzadə əlavə edib ki, hər gün keçdikcə maliyyə göstərən şəxslərin sayı artır:
“60-70 min manat pul yığılıb. İnsanlar maliyyə dəstəyi göstərdikcə Türk Qızıl Ayapara cəmiyyətinin hesabına köçürülür. İnsanlarımızı qardaş xalqa dəstək olmağa çağırıram. Bu təbii fəlakətdir. Bundan qaçış yoxdur. Ona görə də hər bir şəxs çətinlikdə qalan insanlara kömək əlini uzatmalıdır”.
Havər Şəfiyeva