"10 şəhərimizdə yaşanan zəlzələ nəticəsində ölkəmiz, millətimiz hər kəs səfərbər olub. 14 milyonluq əhalisi olan şəhərlərimiz dağılıb, insanlar dağıntılar altında qalıb. Türkiyə dövləti ancaq dağıntılar altında qalan insanların xilas edilməsi ilə məşğuldur".
Bunu Faktmedia.az-a türk politoloq Mustafa İlaclı deyib.
Mustafa İlaclı Azərbaycanın qardaş xalqa etdiyi dəstəydən danışıb
"Türkiyə dövlətin bütün qurumları çalışır. AFAD-ın hesablarına pul göndərilir və qida ehtiyyacları çatdırılır. Xarici ölkələrdən 70 ölkə yardım edib. Artıq 14 ölkənin xilasediciəri hadisə yerinə gəlib. Ərazidə iş aparırlar, sağ olsunlar dəstək olurlar. Ölkələrin prezidentləri cənab Ərdoğana zəng edir. Birlik nümayiş olunur. Bu əsrin fəlakəti araşdırılacaq bir mövzudur. Biz indi lazım olan vətəndaşlarımızı qurtarmaq üçün çalışırıq. Araşdırmalardan sonra digər mövzular müzakirəyə çıxarılacaq. Azərbaycanın dəstəyi qaçılmazdır. Həm tibb, həm də xilasetmə qüvvələri Azərbayacandan Türkiyəyə gəlib, işlərə başlayıblar".
Xavər Şəfiyeva