"Belə informasiyalar da var ki, hazırda İranın Xoydakı vətəndaşlarımıza kömək etməyə resursları çatmır. Ölkədə baş verən etirazlar fonunda bu doğrudur".
Bunu Faktmedia.az-a siyasi ekspert Asif Nərimanlı deyib.
Politoloq bildirib ki, amma məsələ tam bununla bitmir:
"Əgər İran rejiminin siyasi məqsədi olmasaydı resursları çatmırsa kənardan dəstək ala bilərdi. İran görünür kənardan dəstək də almaq istəmir. Bu dəstəyi Azərbaycan və Türkiyə edəcəkdi.Amma hər halda qərb ölkələrinin BMT dən dəstək ala bilərdi. Amma İran buna da razı olmur. Həm zəif görmək istəmir, həm də cənubi azərbaycanlıları cəzalandırmaq kimi bir yoldan istifadə edir. Görünür həm resursları çatmır həm vəziyyətdən qisas baxımından istifadə edir. Təbii ki İran rəsmiləri bölgə səfərləri edirlər Amma bu səfərlər altında heç bir ciddi yardım görünmür. Hətta normal çadırların belə verilmədiyin şahidi oluruq".
Havar Şəfiyeva