"Bir ara İran mediasında və İran cəmiyyətində Azərbaycana qarşı müəyyən müddət taym-aut götürüldü. Bu da İranın göz yumaraq, yaxud da törətdiyi terror aktından sonra oldu. Amma yenidən İranın hakimiyyət qüvvələri, siyasətçiləri, məmurları Azərbaycana qarşı hədyan yağdırmağa başlayıblar".
Bunu Faktmedia.az-a millət vəkili Razi Nurullayev deyib. Deputat bildirib ki, Azərbaycanın ayrı-ayrı şəxslərini, o cümlədən dövlətin sayılıb-seçilən insanlarını, dövlət xadimlərini ağır sözlərlə təhqir etməklə İran Azərbaycanla arasındakı uçurumu daha da dərinləşdirir:
"Zənnimcə, bu uçurum dərinləşdikcə İran özü ora yuvarlanacaq. İran Ermənistanla birləşib Azərbaycanı təkləyə bilməz. İran öz ölkəsində bir səfirliyə qarşı terror aktının törədilməsinin iştirakçısı oldu. Bu gün heç bir xarici vətəndaş İranda özünü təhlükəsiz hesab etmir. Hər halda İranın seçdiyi yol budur. Onun Azərbaycana göstərdiyi münasibətə qarşı Azərbaycanın da bir cavabı olacaq. İranın düşüncələri 70-80-ci illərdə qalıb. O gündən bu günə dəyişmək istəmirlər və bunun da bir cavabı olacaq".
Rəna Həsənova