"Həqiqətən də İranın davranışları şübhələri bir qədər də artırır və əlavə suallar ortaya çıxarır. Bildiyimiz kimi, Azərbaycan tərəfinin İran tərəfinə haqlı iradları oldu. Səfirliyimizin təhlükəsizliyi tələb olunan səviyyədə həyata keçirilməyib".
Bunu Faktmedia.az-a bunu deputat Elşad Mirbəşir deyib.
Millət vəkili vurğulayıb ki, terrorun qarşısını almaq imkanları olduğu halda fəaliyyətsizlik nümayiş etdirildi:
"İran XİN ilə Azərbaycan XİN arasında telefon danışıqları zamanı İran tərəf təklif etmişdir ki, istintaq araşdırmalarının aparılması birgə həyata keçiriləcək. Lakin gördüyümüz kimi birtərəfli addımlar atılmaqdadır. Ümumiyyətlə araşdırmaların gedişatının nəticələri haqqında Azərbaycan tərəfinə heç bir məlumat verilmir, əksinə, baş vermiş hadisənin motivlərini fərqli istiqamətlərdə izah etməyə cəhdlər göstərir. Bütün bu məsələlər tərəflər arasında münasibətlərin gərginləşməsini sərtləşdirəcəkdir. İran tərəfinin addımı ondan ibarət olmalı idi ki, Azərbaycanla birgə araşdırmalar aparılsın, terrorçu ilə onun arxasında dayanan şəbəkələr məsuliyyətə cəlb olunsun, müəyyənləşdirilsin və ən ciddi formada cəzalandırılsın. Biz isə buların əksini görməkdəyik".
Rəna Həsənova