"Azərbaycanın İrandakı Səfiriyində terror törədildiyi vaxtdan indiyə kimi İranın sərgilədiyi davranış onu göstərir ki, rəsmi Tehran bunu özü planlaşdırıb və həyata keçirib".
Bu sözləri Faktmedia.az-a danışan millət vəkili, professor Musa Qasımlı deyib.
Professor əlavə edib ki, hadisə ilə bağlı bütün təqsir İranın üzərindədir və İran baş vermiş terrorla bağlı heç vaxt hesabat verməyəcək:
“Terrorçu səfirliyə hücüm edərkən İran polisi onu ayağından vurub hərəkətsiz hala gətirməli idi. Amma o bunu etmədi. Əl yelləyərək, sanki bir xeyir dua verdi. Terrorçu əməliyatdan dərhal sonra televizyalara çıxarıldı. Bu da bir daha sübut edir ki, terroru məhz İran özü təşki edib. Terorçuya ruhi xəstə adı verib ruhi xətəliklər dispanserinə yerləşdirməsi, eyni zamanda hadisənin ailə problemləri zəminində baş verdiyini əsas gətirməsi o deməkdir ki, İran öz əməlini məişət səviyyəsinə endirir. Bu da açıq aydın İran terrorçu bir dövlətdir deməyə icazə verir”.
Qeyd edək ki, bu il Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Silahlı hücum zamanı Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı həlak olub.
Bəsti MƏMMƏD